Ombudsman komissiyası
| For legal and security reasons, the Wikimedia Foundation requires two-factor authentication for this role. This is also enforced by the software (users who don't have 2FA enabled will not be able to use their permissions). |
| Komissiya haqqında — Şikayət göndər — Komissiyaya e-poçt göndər — Komissiyanı müzakirə et | |
| Fəaliyyət hesabatları: 2025 • 2024 • 2023 • Əvvəllər Yayımlanan qərarlar |
Ombudsman komissiyası Qəyyumlar Şurası adından hər hansı Vikimedia layihəsində Məxfilik siyasətinin, ictimai olmayan şəxsi məlumatlara giriş siyasətinin, Təftişçi siyasətinin və Gizlədici siyasətinin pozulması ilə bağlı şikayətləri araşdırır.
Qlobal icma qurumu olaraq, onlar qlobal siyasətin tələblərinə əlavə olaraq yerli icma siyasətləri tərəfindən qoyulan tələblərə uyğunluğu araşdırmırlar. Onlar yerli təftişçi və ya gizlədici siyasətlərinin və ya təlimatlarının şərtlərinin qlobal siyasətlərə uyğun olub-olmadığını araşdıra bilərlər. Yerli siyasətlər istifadəçi məxfiliyinin qorunması baxımından qlobal siyasətdən daha irəli gedə bilər, lakin heç bir şəkildə qlobal siyasətdən imtina edə bilməz.
Komissiya bloklama, hesabın kilidlənməsi və qadağalar kimi yerli və ya qlobal inzibati tədbirlər üzrə apellyasiya orqanı deyil. Bu tədbirlər təftişçi və ya gizlədici məlumatlarına əsaslandığı hallarda, ilkin təftişçi və ya nəzarətçi əməliyyatı araşdırıla bilər, lakin sonrakı bloklama və ya digər nəticə ilə bağlı məsələ digər qlobal və ya yerli qurumlara yönləndirilməlidir.
Tapşırıqlar
Rəsmi araşdırmaya əlavə olaraq, onlar şikayətçi ilə cavabdeh tərəf (adətən CheckUser, gizlədici, Bürokrat, İnzibatçı və ya arbitration committee üzvü) arasında vasitəçilik edəcəklər. Hüquqi zərurət yarandıqda, ombudsmanlar Baş hüquq məsləhətçisinə, İcraçı direktora və ya Şuraya işin həllində kömək edəcək.
İş mübahisəli xarakter daşıdıqda, ombudsmanlar təftişçiləri və ya digər şəxsləri Fondun məxfilik siyasəti barədə məlumatlandırmaqdan məsul olacaq. Məxfilik siyasəti, İctimai olmayan məlumatlara giriş siyasəti, Təftişçi siyasəti və ya Gizlədici siyasəti pozulduqda, ombudsman komissiyası İcraçı direktora və ya təyin olunmuş əməkdaşlara məlumat verməli və tədbir planı (məsələn, alətlərə girişin ləğv edilməsi) tövsiyə etməlidir. Bundan əlavə, komissiya siyasətlərə və ya proqram təminatına uyğun dəyişikliklər təklif edə bilər.
Neytrallıq
Ombudsmanlar tərəfindən aparılan araşdırma ədalətliliyi və qərəzsizliyi təmin etmək üçün onların müəyyən etdiyi qaydada həyata keçirilməlidir. Ümumi qayda olaraq, ombudsmanlar mümkün qədər maraq toqquşmalarından çəkinməlidirlər; xüsusilə də təftişçi və ya gizlədici girişlərindən müntəzəm istifadə etməməli və çox fəal redaktor olduqları layihələrdəki şikayətləri araşdırmamalıdırlar. Bununla belə, komissiyanın qarşısına çıxan məsələlər həmişə aydın sərhədlərə malik olmur və müxtəlif layihələrin dili və mədəniyyəti kənar şəxslər üçün maneələr yarada bilər. Buna görə də, komissiyanın şikayətləri necə araşdıracağı onun təyin olunmuş üzvlərinin qərarına buraxılır.
Üzvlük
Ombudsman komissiyasının üzvləri Vikimedia Fondu rəsmiləri tərəfindən Vikimedia icmasından seçilir. Hər il oktyabr ayının əvvəlində könüllülər üçün çağırış Wikimedia-L poçt siyahısında və bu siyasətin müzakirə səhifəsində, eləcə də uyğun hesab edilən digər layihə forumlarında elan olunur. Onlar (razılaşdıqları halda) təxminən iki il müddətinə (2023–25-ci il Komissiyasından əvvəl bir il müddətinə) təyin edilirlər. Səsvermə hüququ olmayan bir və ya daha çox alternativ üzv də təyin oluna bilər. Ombudslarla birlikdə fəaliyyət göstərmək üçün bir stüard-müşahidəçi təyin edilə bilər.
Cari üzvlər
| User | Communities where active | Language spoken | IRC nick | Term expires |
|---|---|---|---|---|
| Ameisenigel (CA) * | dewiki, wikidatawiki | de, en-4, nds-2, fr-1, tlh-1 | Ameisenigel
|
2028 |
| Arcticocean (CA) | metawiki, enwiki | en, sco-3, gd-1 | 2028 | |
| Chinmayee Mishra (CA) | 2028 | |||
| Faendalimas (CA) | wikispecies | en, pt-3, it-2, fr-1 | faendalimas
|
2028 |
| Jnanaranjan sahu (CA) | orwiki | gyan
|
2028 | |
| Mehman (CA) | kawiki | tr-N, en-3, ka-N, az-N, ru-N | 2028 | |
| MrJaroslavik (CA) | cswiki | cs-N, en-3, sk-3 | 2028 | |
| Mykola7 (CA) ‡ | ukwiki | uk-N, en-2, de-1, pl-1, ru-4 | 2027 | |
| Nehaoua (CA) | arwiki, frwiki | ar-n, fr-4, en-2 | 2028 | |
| Revi C. (CA) | kowiki, commonswiki, metawiki | ko, en-3 | revi
|
2027 |
| RoySmith (CA) | enwiki | en | roy649
|
2028 |
| Teles (CA) † | ptwiki | pt, en-3, es-2 | Teles
|
2027 |
| Zafer (CA) | trwiki | tr, en-3, az-2, ru-1, kk-1 | 2027 |
† Advisory member; ‡ Steward-Observer; * Chair, terms expire in February of listed year
Əvvəlki üzvlər üçün buraya baxın. Avtomatik yaradılan siyahıya da bax. Bu siyahı qlobal ombudsman istifadəçi qrupundan yaradılmışdır. Bu, komissiya üzvlərinə bütün Vikimedia wikilərində aşağıdakı hüquqları verir:
| Right | Description | Notes | |
|---|---|---|---|
| 1 | abusefilter-log | Dəyişiklik süzgəci jurnalına baxmaq | Normally part of the autoconfirmed user group or granted to all users |
| 2 | abusefilter-view | Dəyişiklik süzgəclərinə baxmaq | |
| 3 | abusefilter-access-protected-vars | Mühafizəli dəyişənlərdən istifadə edən süzgəclərə baxmaq və yaratmaq | Governed by local policies where they exist, otherwise part of the sysop user group |
| 4 | abusefilter-log-detail | Detallı dəyişiklik süzgəci jurnalındakı qeydlərə baxmaq | |
| 5 | checkuser-temporary-account | Müvəqqəti hesablar tərəfindən istifadə olunan IP ünvanlarını görmək | |
| 6 | ipinfo | Redaktə və ya jurnal qeydi yaratmış IP ünvanları haqqında məlumat əldə etmək | |
| 7 | abusefilter-log-private | Məxfi kimi işarələnmiş dəyişiklik süzgəclərinə baxmaq | Normally part of the sysop user group |
| 8 | abusefilter-view-private | Məxfi kimi işarələnmiş dəyişiklik süzgəclərinə baxmaq | |
| 9 | browsearchive | Silinmiş səhifələri axtarmaq | |
| 10 | checkuser-temporary-account-auto-reveal | Müvəqqəti hesablar tərəfindən istifadə edilən IP ünvanlarını avtomatik göstərmək | |
| 11 | deletedhistory | Silinmiş mətni görmədən silinmiş səhifələrin tarixçə qeydlərinə baxmaq | |
| 12 | deletedtext | Silinmiş mətnə və ya silinmiş versiyalar arasında dəyişikliklərə baxmaq | |
| 13 | ipinfo-view-full | Redaktə və ya jurnal qeydi yaratmış IP ünvanları haqqında tam məlumat əldə etmək | |
| 14 | abusefilter-hidden-log | Dəyişiklik süzgəci jurnalındakı gizli qeydlərə baxmaq | Part of the oversight user group |
| 15 | suppressionlog | Gizli jurnallara baxmaq | |
| 16 | viewsuppressed | İstənilən istifadəçidən gizlədilən versiyalara baxmaq | |
| 17 | abusefilter-privatedetails | Dəyişiklik süzgəci jurnalındakı şəxsi məlumatlara baxmaq | Part of the checkuser user group |
| 18 | abusefilter-privatedetails-log | Dəyişiklik süzgəcinin gizli detallarının jurnalına baxmaq | |
| 19 | abusefilter-protected-vars-log | Mühafizəli dəyişən dəyərlərinə giriş jurnallarına baxmaq | |
| 20 | checkuser | İstifadəçinin IP ünvanını və digər məlumatı yoxlamaq | |
| 21 | checkuser-log | Təftişçi jurnalına baxmaq | |
| 22 | checkuser-suggested-investigations | Təftişçilərə təklif olunan araşdırmaları işləmək | |
| 23 | checkuser-temporary-account-log | Müvəqqəti hesablar tərəfindən istifadə olunan IP ünvanlarının jurnalına baxmaq | |
| 24 | ipinfo-view-log | IP məlumatlarına baxılma jurnalına giriş etmək | |
| 25 | checkuser-temporary-account-no-preference | Müvəqqəti hesablar tərəfindən istifadə edilən IP ünvanlarına nizamlamaları aktivləşdirmədən baxmaq | Part of the checkuser and oversight user groups |
Əlaqəyə keçmək
Ombudsman komissiyasına şikayətlər aşağıdakı yollarla (təbii olaraq üzvlərdən birinin danışdığı dildə) təqdim edilə bilər:
- Formu istifadə etmək üçün bu linkə daxil olun: Special:Contact/ombudscommission
- E-poçt yazmaq üçün bu linkə daxil olun: Special:EmailUser/Ombuds commission
Hər iki yol birbaşa OC poçt siyahısına mesaj göndərəcək.
Komissiyaya sorğu göndərərkən bu qaydalara əməl edin:
- Qısa yazın: Lazımsız məlumatlar olan uzun məktublar komissiyanın işə vaxtında baxmasını çətinləşdirir.
- Obyektiv olun: Fərziyyələrə və ya subyektiv mühakimələrə əsaslanan sorğulardan çəkinin.
- Sübut təqdim edin: Mümkün olduqda bizə fərq keçidləri və/yaxud daimi keçidlər təqdim edin.
- Konkret olun: Hansı siyasətin hansı hissəsinin pozulduğunu göstərin.
- Zəhmət olmasa, ombuds komissiyasına yazmazdan əvvəl vikinizdə Arbitraj Komitəsi (və ya oxşar komitə) varsa və onlara müraciət etmisinizsə (və ya icmanızın mübahisələrin həlli prosedurlarından istifadə etmisinizsə) bizə məlumat verin. Lazım gələrsə, müvafiq müzakirə səhifəsinə keçid verin.
Emal/Hesabat
Bizim diqqətimizə çatdırılan işlər aşağıdakı kimi işlənəcək:
- Sorğunun təsdiqi: Biz sorğunu göndərənə təsdiq bildirişi göndərəcəyik və zəruri hallarda əlavə məlumat tələb edəcəyik.
- Əhatə dairəsi: Müraciət Ombudsman komissiyasının əhatə dairəsinə daxil olarsa, araşdırma aparacağıq, əks halda müraciəti rədd edib şikayətçini fərdi problemi ilə bağlı kömək üçün daha yaxşı yerə yönəltməyə çalışacağıq.
- Araşdırma: Siyasətlərin pozulması və ya yerli siyasətlərin qlobal siyasətlərlə uyğunsuzluğu və ya ziddiyyətinin olub olmadığını müəyyən etmək üçün nə lazımdırsa edəcəyik.
- Nəticə: Araşdırmamızın nəticəsini şikayətçiyə bildirəcəyik. Əgər həqiqətən də məxfilik siyasətinin pozulması baş veribsə, biz araşdırılan istifadəçiyə məlumat verəcəyik və lazım gələrsə, Qəyyumlar Şurasına məlumat verəcəyik və lazım gələrsə siyasəti pozan istifadəçidən təftişçi, gizlədən və ya stüard hüquqlarının alınmasını tövsiyə edəcəyik.
Əvvəlki qərarlar
Komissiya daha böyük icma üçün əhəmiyyət kəsb edən qərar qəbul etdikdə, onu açıq şəkildə dərc edə bilər. Hazırda dərc olunan qərarlar bunlardır:
- IP blokundan azad olmalar (2016/42).
- Məlumatın açıqlanması (2019/125) (2019/122) (2019/121) (2019/138) – bu qərar təftişçinin öz hüququ vasitəsilə əldə etdiyi məlumatı açıqlaya biləcəyi halları təsvir edir.
- Functionaries banned on other projects (2024/230) – dealing with a scenario where a volunteer banned from one wiki (or otherwise becoming untrusted) continues to have access rights on another wiki.
- French Wikipedia Nominations Committee (2019/129) (2020/160) (2021/173).
- Temporary Accounts
- Advice to Checkusers
- Disclosure of CU data (2026/256).
Reference numbers (in brackets) are given for the convenience of commissioners – they are the internal reference numbers of the case which led to the decision. Some published decisions will resolve several cases.
Fəaliyyət hesabatları
Fəaliyyətlər
- 2013: fevral-iyun, iyul-dekabr.
- 2014: yanvar-iyun, iyul-dekabr.
- 2015: yanvar-iyun, iyul-dekabr.
- 2016: yanvar-iyun, iyul-dekabr.
- 2017: yanvar-iyun, iyul-dekabr.
- 2018: yanvar-iyun, iyul-dekabr.
- 2019: yanvar-iyun, iyul-sentyabr, oktyabr–dekabr.
- 2020 Komissiyası: yanvar-mart, aprel-yanvar 2021.
- 2021 Komissiyası: fevral-aprel, may-iyul, avqust-oktyabr, noyabr-yanvar 2022.
- 2022 Komissiyası: fevral-aprel, may-iyul, avqust-oktyabr, noyabr-yanvar 2023.
- 2023 Komissiyası: fevral-aprel, may-iyul, avqust-oktyabr, noyabr-yanvar 2024.
- 2024 Komissiyası: fevral-aprel.
- 2025 Commission: February-April, May-July, August-October, November-March 2026.
- 2026 Commission: April-June.
Həmçinin bax
- Board resolutions: Ombudsperson Checkuser (July 2006) — Wikimedia Committees (minutes of presentation on Ombudsman Commission; January 2009) — Amending the Scope of the Ombudsman Commission (November 2015)
- Requests for comment: Scope of Ombudsman Commission (May—December 2013)
- Announcement Ombudsman commission wider scope (January 2016)
- New commission announcements: 2007 — 2009 — 2011 — 2012 — 2013 — 2014 — 2015 — 2016 — 2017 — 2018 — 2019 — 2020 — 2021 — 2022 — 2023 — 2024 — 2025 — 2026
- Information on the ombuds global user group:
- Ombudsmanlar: qlobal hüquqlar · global groups (toolforge) · member list · group changelog
- Global groups
- 2021 workflow updates
- What do you know about the Ombuds Commission? (December 2023) by Faendalimas (the Chair of the Ombuds Commission)
